
Kamran Əsədov: Kişi müəllimlərin təhsilə cəlb olunması üçün müəyyən addımlarda atılmalıdır
Yusif Sultanoğlu
11:54 11.06.2024
Elm və Təhsil
891
Bu gün ölkənin ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir.
Kişi müəllimlərin sayı isə getdikcə azalır. Bəs bunun səbəbi nədir?
Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, hazırda ölkənin 4432 orta ümumi təhsil məktəbində 150 min müəllim çalışır:

“150 min müəllimin 81 faizini qadınlar, qalan 19 faizini isə kişi müəllimlər təşkil edir. Kişi müəllimlərin orta yaşı 45-in üzərindədir. Uzun illər ərzində əmək haqqlarının aşağı olması kişi müəllimlərin məktəbə gəlməməsinə və məktəbdən uzaqlaşmasına şərait yaradırdı. Ancaq son sertifikasiya imtahanından sonra müəllimlərin əmək haqqlarına 35 faiz əlavə olunub. Həmçinin də dərs saatları ciddi şəkildə yaxşılaşıb. Bu amil bir mənalı şəkildə kişi müəllimlərin məktəbə gəlməsinə gətirib çəxaracaq. Təəssüflər olsun ki, 2013-cü ilə qədər işə qəbul prosesində biz qeyri şəffaflığı müşahidə edirdik. İndi isə proses kifayət qədər şəffaf və əlçatandır. Bu prosesin özü kişi müəllimlərin məktəbə gəlmələrinə gətirib çıxara bilir. Müəllim olduqdan sonra digər vəzifələrə keçidin mümkünlüyü, rahatlıqla insanların təhsil sistemində vəzifəyə gəlmələrinə imkan verir. Biz zaman-zaman görürük ki, vəzifədə yüksəlmə qeyri-şəffaf olurdu. İndi isə rahatlıqla direktor, direktor müavini ola bilirlər. Hesab edirəm ki, kişi müəllimlərin təhsilə cəlb olunması üçün digər addımlarda atılmalıdır. Kişi müəllimlər pedaqoji fəaliyyət ilə məşğul olduğu müddət ərzində ən azından kommunal xərclərdə və yol pulunda güzəştlər olmalıdır ki, biz kişi müəllimləri məktəbə cəlb edək. Yəni məktəblərdə kişi müəllimlərin azlığı tədrisin təşkilinə, keyfiyyətinə və şagirdlərin şəxsiyyət kimi formalaşmasına öz təsirini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm