
Sosioloq: Təhsildə tərbiyə müəllim-valideyn-şagird üçbucağı əsasında uğurlu nəticə verə bilər
Yusif Sultanoğlu
12:17 11.06.2024
Sosial
650
Bakıda məktəbli qız faciəli şəkildə ölüb. Hadisə paytaxtın Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Orada yaşayan 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Həmçinin, Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb. Teleqraf.com xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.
Maraqlıdır,n ə baş verir? Məktəblərdə nəzarət zəifləyib ya, problem yeni dövrün uşaqlarındadır?
Məsələni dəyərləndirən Sosioloq Mətanət Məmmədova"Sherg.az"a söyləyib ki, təhsildə təlim-tərbiyə müəllim-valideyn-şagird üçbucağı əsasında uğurlu nəticə verə bilər:
''Binəqədi rayonu 135 və Səbail rayonu 189 nömrəli məktəblərdə baş verən iki hadisə mövzu etibarilə bir-birinə oxşayır. Yəni, hər iki məktəbdə şagird dərsdən yayınmaq üçün özünü pəncərədən atır. Hadisələrin fərqli tərəfi isə 189 nömrəli məktəbdə mühafizəçinin şagirdi döyməsi faktıdır və bu hal yolverilməzdir. Şagirdə əl qaldırmaq istər müəllim, istərsə də məktəbin digər işçiləri tərəfindən qəti şəkildə düzgün deyil. Çünki şagird şəxsiyyətdir və onun şəxsiyyətini heç kim təhqir edə bilməz. Cəza qaydaları var. Aid orqanlara müraciət olunmalı, şagird bu qaydalar əsasında cəzasını almalıdır. Bu halların baş verməsində məktəblərdə nəzarətin zəifləməsi qənaətini isə bütün təhsil ocaqlarına şamil etmək düzgün olmaz. Bəli, nəzarətin zəif olduğu məktəblər olduğu kimi işini düzgün, təhsil qaydaları əsasında quran məktəblər də var''.

Ekspert qeyd edib ki, məktəblərdə yaranan insidentlərdə günahın müasir dövrün uşaqlarında olub-olmamasına gəlincə isə, burada günah nə məktəbdə, nə də şagirdlərdədir:
''Tək günahkar valideynlərdir. Çünki son dövrlərdə uşağa müəllimin səsinin tonunu bir qədər qaldırmağa belə valideyn imkan yaratmır. Bunu böyük aqressiya ilə qarşılayır və müəllimi ittiham edir. Belə olanda isə, necə deyərlər, uşağın ayağı yer alır, istədiyi hərəkəti etməkdə sərbəst olduğunu düşünür. Hazırda baş verən hadisələrin hər ikisində görək, valideyn uşağına “məktəbdən nə üçün qaçırsan?”,- deyə, lazımi cəzanı veribmi? Valideynlərlə yanaşı, əsəblərinə hakim olmayan müəllimlər də var. Lakin müəllim nə qədər əsəbi olsa da məktəbdə olduğunu unutmamalıdır. Təhsildə təlim-tərbiyə müəllim-valideyn-şagird üçbucağı əsasında uğurlu nəticə verə bilər. Bu, yoxdursa, heç bir təlimdən və tərbiyədən danışmaq olmaz. Beləliklə, məktəblə valideynin söz və əməl birliyi olmalıdır. Nə məktəb şagirdinin, nə də valideyn övladının təhsildən yayınmasını və ya tərbiyəsizlik etməsini istəyər. Odur ki, əl-ələ verib şagirdi istənilən səviyyəyə gətirmək olar''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm