Polşa Belarusla sərhəddə bufer zonası tətbiq edib

İyunun 13-dən Polşa-Belarus sərhədində bufer zonası tətbiq edilir.

APA xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Simonyakın əmrində deyilir.

Qeyd olunur ki, qadağa sərhəd boyu 60 km-dən çox ərazini əhatə edir.

44 km-lik hissədə qadağa sərhəd xəttindən 200 m, 16 km-lik hissədə isə sərhəddən təxminən 2 km məsafədə tətbiq edilir.