Konqoda gəmi qəzası nəticəsində 80 nəfər itkin düşüb
Yusif Nəzərli
21:33 12.06.2024
Dünya
383
Konqo Demokratik Respublikasının qərbindəki Kvay çayında gəmi qəzasında azı 80 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə "Actualite" portalı yerli hökumətə istinadən məlumat yayıb.
Ölkə Prezidenti Feliks Çisekedi hökumətə baş verənləri araşdırmağı, səbəbini müəyyənləşdirməyi və gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb.
“Reuters” isə xəbər verib ki, 80 nəfərin hamısı həlak olub.
Yerli hakimiyyət orqanları bildiriblər ki, göyərtəsində 272 sərnişini olan iki gəmi günortadan sonra Muşi şəhər limanından çıxıb. Altı saat sonra onlardan birinin mühərriki dayanıb, gəmi qaranlıqda qayalara çırpılıb və batıb. İki gəmidən 185 nəfər sahilə çatıb. Qalan sərnişinlər axtarılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm