ŞƏT-in Astana sammitində müzakirə olunacaq məsələlər açıqlanıb

3-4 iyul tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitində qurumun regional və beynəlxalq səviyyəli aktual problemlərin həllindəki rolu, habelə siyasət, iqtisadiyyat, mədəniyyət, humanitar, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, sammitdə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, İran, Pakistan, Monqolustan, eləcə də Qətərin dövlət və hökumət başçıları iştirak edəcək.

Onu da qeyd edək ki, yüksək səviyyəli tədbirə BMT-nin baş katbi Antonio Quterreş və bir sıra beynəlxalq təşkilatların rəhbərləri də dəvət olunub.