Paşinyan “Qarabağ klanı”nın Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəyini bildirib

Baş nazir Nikol Paşinyan “Qarabağ klanı”nın Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəyini bildirib.

APA xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı danışıb.

“Mən feodal klerikal elitaya səslənirəm: siz Ermənistanda hökumət dəyişikliyini həyata keçirə bilməyəcəksiniz, siz gücsüzsünüz”, - Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.