ABŞ və Türkiyə arasında F-16-ların satışı ilə bağlı müqavilə imzalanıb

F-16-ların satışı prosesinə dair ABŞ ilə Türkiyə arasında müqavilə imzalanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN-dən mənbələr bildirib.
Qeyd olunub ki, nümayəndə heyətləri arasında qarşılıqlı danışıqlar yolu ilə prosesin detalları üzrə işlər davam etdirilir.