Polşa Ukraynaya "Patriot" sistemlərinin göndərilməsində iştirak etməyəcək

Polşa hökuməti ölkənin milli təhlükəsizliyinə təhdidlər səbəbindən nə ABŞ, nə də digər dövlətin Ukraynaya silah-sursat göndərməsində iştirak edəcək.
APA-nın xəbərinə görə, bunu ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yatsek Siviera “Radio ZET”ə müsahibəsində deyib.
Siviera mətbuatda Polşanın vasitəçilik edəcəyi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Büro rəhbərinin qənaətincə, Polşa müttəfiq ölkələrin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verilməsi prosesində də vasitəçilik etməyəcək.

Qeyd edək ki, bir qədər əvvəl “The New York Times“ qəzetində ABŞ-nin analoji sistemləri məhz Polşa vasitəsilə Ukraynaya göndərəcəyi barədə məqalə dərc edilib.