Yücel Karauz: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığı üçün dönüş nöqtəsidir
13:51 13.06.2024
Siyasət
584
Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.
Azərbaycan-Türkiyə qardaşlığının önəmini “Sherg.az”a şərh edən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığı üçün dönüş nöqtəsidir:
“Eyni soy və kökdən gələn bir millətin övladı olan iki dövlət münasibətlərini tarix boyu davam etdirib. Xüsusilə də 1918-ci və 1992-ci ildən sonra əlaqələr artan səviyyədə inkişaf edib. Azərbaycanın II Qarabağ Savaşından sonra qazandığı qələbə sonrası imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını tarixin ən üst səviyyəsinə qaldırıb. Dünyada təxminən 200-ə yaxın ölkə var. Azərbaycan və Türkiyənin imzaladığı Şuşa Bəyannaməsinin dünyada başqa iki dövlət arasında örnəyi yoxdur. 2020-ci ildən bu günə qədər olan vaxt ərzində də Şuşa Bəyannaməsinin ortaya qoyduğu əsaslar çərçivəsində münasibətlər davamlı inkişafdadır. Şuşa Bəyannaməsinə hərbi və strateji təhlükəsizlik siyasəti baxımından nəzər yetirdiyimiz zaman görürük ki, iki ölkə biri-birinə gələn təhlükəni özlərinə olunmuş kimi qəbul edirlər. Eyni zamanda, Şuşa Bəyannaməsi çərçivəsində iki ölkə rəhbərinin ortaya qoyduğu yol istiqamətində önəmli irəliləyişlər meydana gəlib. Azərbaycan ordusu zəfərlə əldə etdiyi təcrübələr fonunda türk ordu modelinə keçib. Milli Müdafiə Universiteti yaranıb və Türkiyə-Azərbaycan arasında hərbi fəailiyyətlər artıb. Artıq Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsindən sonra bir millət, iki dövlət, tək ordu halına gəlib. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Ulu öndər Heydər Əliyev və Mustafa Kəmal Atatürkün ortaya qoyduğu əsaslar çərçivəsindəki səviyyəyi daha yüksəklərə daşıyıblar. Gücümüz birlik və qardaşlığımızdadır. Bu qardaşlığımız Şuşa Bəyannaməsi ilə daha davamlı olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm