Onlar hakimiyyətə gəlsə, bizi edam gözləyir - Spiker

Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası hakimiyyətə qayıtsa, bütün Gürcüstanı edam gözləyir.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

"Bu adamlar hakimiyyətə gəlsələr, 2003-cü ildə olduğu kimi, təkcə polisi deyil, bütün Gürcüstanı edam edəcəklər. Bu partiya insan ləyaqəti, dövlət institutları və gürcü xalqı üçün heç bir əhəmiyyət kəsb etməyən insanlarla doludur”, - Papuaşvili qeyd edib.