
Polad Həşimovun oğlu məzun oldu: Atamın irsini davam etdirəcəm
10:33 14.06.2024
Elm və Təhsil
762
Bu gün orta məktəblərdə “Son zəng” çalındı. 11 il məktəb qapısından daxil olub, pillələrlə mərtəbələrə - təhsilə doğru yüksələn şagirdlər bu gün məktəblə vidalaşdı.
2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirib. Birinci sinfi bitirən şagirdlərin sayı isə bu tədris ilində 137 862 nəfər olub. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə 87 569 uşaq təhsil alıb.

“Sherg.az”ın əldə etdiyi məlumata görə, məzun olanlar arasında 44 günlük Vətən müharibəsi şəhid və qazilərinin övladları da var. Həmçinin 2020-ci ilin Tovuz döyüşlərində qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun oğlu Davud Həşimov da məzunlar sırasındadır. Davud Həşimov Fiziki-riyaziyyat təmayüllü liseyin məzunudur.
Qeyd edək ki, şəhid övladları üçün keçirilən “Məzun günü”ndə 40 şəhid əmanəti bir araya gəlib və fikirlərini AzTV Xəbər komandası ilə bölüşüblər. Şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov "bu 11 il ərzində mən çox xoş xatirələr topladım, təcrübələr qazandım. Və səbrin, zəhmətin önəmini öyrəndim. Çox istəyərdim ki, atam da yanımda olsun. Onunla birgə məzun günümü qeyd etmək istərdim. Amma mən atamın övladı kimi onun irsini davam etdirəcəm, onun dəyərlərini yaşadıqca yaşadacam", söyləyib.
Xatırldaq ki, şəhid general-mayorun qız övladı Aybəniz Həşimova da Fizika-riyaziyyat təmayüllü liseyəd təhsil alıb. XI illik təhsilini başa vruduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm