Müqəddəs ada sular altında qalacaq

Antik şəhər məhv olmaq üzrədir

  Alimlər Antik Yunanıstanın ən mühüm mədəni miraslarından biri sayılan Delos Adasının Egey dənizinin suları altında qalacağına dair xəbərdarlıq edib. Arxeoloqlar 10 il ərzində adanın bəzi hissələrinin dəniz səviyyəsindən 20 metrə qədər yüksəldiyini bildirib. Suyun səviyyəsinin yüksəlməsi səbəbiylə adadakı antik abidələr aşınmaya məruz qalır. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, arxeoloqların fikrincə, 2 min illik tarixi olduğu ehtimal edilən qədim tikililər 50 il sonra tamamilə sular altında qala bilər. Delos adasındakı 2 min illik tarixə sahib tikililər, abidələr Helen və Roma dövrünün məişət həyatını əks etdirir. Alimlər dəniz səviyyəsinin yüksəlməsini qlobal iqlim dəyişikliyi ilə əlaqələndirib. Onların fikrincə, daş aslanların “mühafizə etdiyi” məbədlər yaxın 50 il ərzində sulara qərq olacaq. Yunanıstan dövlətinin icazəsi ilə bölgədə arxeoloji qazıntılar aparan Fransa Arxeoloji Məktəbinin başqanı Veronika Çankovski "Delos adası yaxın 50 il ərzində yox olmağa məhkumdur”, söyləyib. Ən böyük təhlükə isə ziyarətçilərə qapalı olan bölgədə - haradakı qədim ticarət binaları və anbarlar var, həmin hissədədir. Bu bölgə daha çox aşınmaya məruz qalıb. Adadakı qədim abidələrin özülünü dənizin ləpələri zədələyir. Dənizin səviyyəsi yüksəldiyindən ləpələr özülləri yuyur və onları məhvə məhkum edir. Son 40 ildə adada aparılan arxeoloji qazıntılarda iştirak edən Moretti isə “hər il yaz aylarında biz daha bir neçə yerdə abidələrin zərər gördüyünə şahidlik edirik. Bu gedişlə yaxın zamanda adadan əsər-əlamət qalmayacaq”, söyləyib. Arxeoloqlar dənizin səviyyəsinin yüksəlməsini dənizlərə atılan tullantılarla da əlaqələndirərək “plastik şüşələri, paketləri kağızla, təbii parçalarla əvəz etdik, amma savaşı artıq çoxdan uduzmuşuq”, deyiblər.