Conni Depp 28 yaşlı rusiyalı modellə eşq yaşayır - FOTO

Keçmiş həyat yoldaşı Amber Heardın ünvanına açdığı böhtan işi ilə nüfuzu sarsılan amerikalı aktyor Conni Depp karyerasında yeni səhifə açıb. Pis günləri arxada qoyan aktyor indi yeni sevgilisi ilə gündəmdədir.

Sherg.az "Daily Mail"-ə istinadən bildirir ki, 61 yaşlı Hollivud ulduzu rusiyalı model Yuliya Vlasova ilə eşq yaşayır.

Deppin 28 yaşlı sevgilisi həm model, həm də kosmetoloqdur.

Deppə yaxın insanlar münasibətlərin hələ çox ciddi olmadığını və son iki ildə ikisinin bir-birini "ara-sıra" gördüyünü təsdiqləyib.

2021-ci ildə tanış olan ikili sonuncu dəfə keçən cümə axşamı London Heliportundan çıxaraq birlikdə görüntülənib.

Mənbələrə görə, Vlasova gözəllik salonunun sahibidir. Model kimi də fəaliyyət göstərən Vlasova məşhur aktyorla ilk dəfə Praqada keçirilən 55-ci Karlovı Varı Beynəlxalq Film Festivalında tanış olub.

İkili Depp diffamasiya işində qalib gəldikdən sonra 2022-ci ilin iyulunda Jeff Beck-in konsertində görünüb. Sosial şəbəkədə paylaşılan fotoda ikisinin birlikdə poza verdikləri görünür.

İnstaqramda izləyicilərindən "Sevdiyiniz aktyor kimdir?" sualəna model,  "Depp.  O, çox istedadlı və ruhlandırıcı aktyordur" deyə cavab verib.

Amerikalı aktyorlar Conni Depp və Ember Heard arasında diqqət çəkən iddialarla gündəmə gələn məhkəmə  işi Deppin qələbəsi ilə yekunlaşıb. Məhkəməyə etirazlarından və təzminat ödəməmək üçün atdığı addımlardan sonra Heard güzəştə gedib və keçmiş ərinə 1 milyon dollar ödəyib.