60 il sonra məşhur səyyahın gəmisi tapıldı

Kanadada dənizaltı axtarışlarla məşğul olan qrup məşhur səyyah Ernest Şakletonun sonuncu dəfə səyahətə çıxdığı gəminin qalıqlarını tapıb.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “Quest" adı verilən gəmi, Kanadanın Nyufoundland sahillərini əhatə edən ərazidə, 390 mert dərinlikdə tapılıb. Antarktikanın kəşfi Ernest Şakletonun adıyla bağlıdır. “Quest” gəmisi isə məşhur səyyahın ölümünə şahidlik edib. Səyyah məhz bu gəmi ilə son səyahətini gerçəkləşdirib. Ehtimallara görə, 47 yaşlı səyyah dördüncü dəfə Antarktikaya səfər edərkən – 1922-ci ildə "Quest" gəmisində ürək tutmasından dünyasını dəyişib. Səyyahın ölümündən sonra Norveç şirkəti “Quest”i satın alıb və müxtəlif səyahətlər zamanı bu gəmidən istifadə edilib. İkinci Dünya müharibəsi zamanı da bu gəmi Kanada Kral Donanmasının tərkibində olub. 1914-1917-ci illər arasında Trans-Antarktika səfərini gerçəkləşdirdiyi zaman batan gəminin heyəti tarixdə ilk dəfə  Antarktikaya quru yolla keçid etməyi planlaşdırıb. Kapitan Şakleton və gəmidəki  27 nəfərdən ibarət heyət quru əraziyə çıxaraq ağır iqlim şərtləri ilə mübarizə aparıb, lakin xilas olmağı bacarıblar. Bu hadisə səyyah-kapitan Ernest Şakletonun adını tarixə yazıb. Kapitan və gəmi heyətinin 17 gün ərzində dondurucu şaxta və nəhəng dalğalarla mücadiləsi dənizçilik tarixinin ən böyük nailiyyətlərindən hesab edilir.