
Bayramda bölgələrə gedənlərin diqqətinə: Hotellərdə yer qalmayıb -AÇIQLAMA
11:45 14.06.2024
Cəmiyyət
592
Azərbaycanda 5 günlük bayram tətili yaxınlaşır. Belə ki, Qurban bayramı ilə əlaqədar 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Tətil günlərində bir çoxumuz rayona üz tutur, dincəlməyə çalışırıq. Bəs, rayonlardakı istirahət mərkəzləri və hotellərdə qiymətlər nə yerdədir?
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "Sherg.az"a deyib ki, hazırda qurban bayramı ilə əlaqədar regionlara maraq artmaqdadır:

''Ölkəmizin 7 turizm istiqaməti var. Onlardan dördü əsas, üçü əlavədir. İndiki halda isə həftə sonları və bayram günlərində şimal, şimal-qərb, qərb və cənub istiqamətində turlar təşkil olunacaq. Həmin turlar 3 gün davam edəcək. Hotellərin doluluq səviyyəsi yüksəkdir. Hotellərdə ən çoxu 2-3 otaq qalıb. Buna görə də qiymət artımı müşahidə olunur. Çünki tələb artdıqca qiymət də yüksəlir. Əslində bu vətəndaşların bayram günündən istifadə edərək istirahət istəyini göstərir. Həmçinin, yay fəsli də əhalinin rayonlara və xaricə səfər etməsini aktual edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm