Kral zamanın əleyhinə işlədiyini bilir
Kral zamanın əleyhinə işlədiyini bilir
Yusif Sultanoğlu
09:29 16.06.2024
Dünya
618
Çarlz son anadək xalqı ilə bir yerdə olmaq, nəsə etmək istəyir
Kraliça II Elizabethin vəfatından sonra taxta çıxan oğlu, kral II Çarlz, xərçəng xəstəsi olduğunu kimsədən gizlətmir. Böyük Britaniya kral ailəsinin sözçüsü olmuş Hilari Fordviç müalicəsi uğurla davam edən və bu günlərdə vəzifələrinin icrasına başlayan kral haqqında bir sıra açıqlamalar verib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, 2023-cü ilin may ayında kral taxtına əyləşib. Lakin onun iqtidarda olmaq sevinci uzun sürməyib. Bekinqhem sarayı fevral ayında krala xərçəng diaqnozu qoyulduğunu açıqlayıb. Bildirilib ki, kral Çarlz müalicə olunur və müsbət nəticə əldə ediləcəyi gözlənilir. Kral təxminən 3 ay müalicə alıb. 3 aydan sonra isə vəzifəsinin icrasına təkrar başlayıb. Hilari Fordviç isə kralın zamanın əleyhinə işlədiyinin fərqində olduğunu deyib: “Kralın yaşı və səhhətinin mövcud durumu nəzərə alınarsa, zamanın daraldığının fərqində olmalıdır. Şahzadə Çarlz ömrü boyunca kral olacağı gün üçün hazırlanıb. 70 il taxt-taca sahib olmaq üçün səbrlə gözləyib. Bu qədər uzun müddət gözlədikdən sonra nəhayət taxt-taca sahib olduqda özünü bütünlüklə vəzifəsinin icrasına həsr etdi. O da krallığı müddətində bir zi qoymaq istəyir. Krallıq müddətini xalqdan uzaqda keçirdiyinə görə narahatdır. Həkimlərin işlərə fasilə vermək tələbini də narazılıqla qarşılayıb. Bu, bir ölkə kralına yaraşan davranışdır. Kral Çarlz son anadək xalqı ilə bir yerdə olmaq, nəsə etmək istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya