Paşinyan Azərbaycanla sərhəddəki ərazilərə getdi
06:24 17.06.2024
Gündəm
354
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan rayonlara baş çəkib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bölgədə aparılan infrastruktur layihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə işləri ilə tanış olub.
Paşinyan səfəri çərçivəsində yerli sakinlərlə də görüşlər keçirib.
Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib. Paşinyan sakinlərlə söhbətində sülhə və Azərbaycanla sərhədlərin delimitasiya prosesinə sadiq olduqlarını və yerli insanlar tərəfindən buna dəstək hiss etdiklərini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya