
Ermənistan dalana dirənib - AÇIQLAMA
13:31 17.06.2024
Siyasət
564
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, həmçinin ABŞ-nin Ermənistanın müdafiə sənayesinə dəstəyi məsələlərini müzakirə ediblər.
İsveçrədə Qriqoryan Ukrayna ilə bağlı sammitdə iştirak etsə də, Ermənistan nümayəndə heyəti tədbirin yekun bəyannaməsini dəstəkləməyib.
Ermənistanın hər şeyin dalana dirəndiyinin fərqində olduğunu bildirən "Ağ Partiya" sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a söyləyib ki, sülh sazişinin isə, Azərbaycanın tam istədiyi şəkildə imzalanma ərəfəsində olduğunu nəhayət boş başları ilə anlamaqdadırlar:

“Sadəcə imitasiya xarakterli görüşlərlə daxilə yönəlik "arxayın olun" mesajı ünvanlayırlar. Amma baş nazir Nikol Paşinyan yaxşı anlayır ki, qatar çoxdan keçib gedib. Amerika Ermənistanı əlində saxlamaqla Rusiyaya mesaj ünvanlayır. Belə görüşlər də sırf ona hesablanıb. Eyni zamanda, rəsmi Vaşinqton Azərbaycanla münasibətləri də kritik həddə çatdırmaq niyyətində deyil. Eyni zamanda, Amerika Cənubi Qafqazdan tam olaraq qopmaq istəmir. Azərbaycanın daim müttəfiqləri ilə yaxın əməkdaşlığa sadiq qaldığına və daim rəsmi Bakının balanslı siyasət yürütdüyünə əmindir. Cənubi Qafqazın digər ölkəsi Gürcüstanla bağlı da Saakaşvilinin hakimiyyətdən gedişindən sonra Amerika xəyal qırıqlığına uğrayıb. Son olaraq, "Xarici agentlərlə bağlı" qəbul edilən qanunun əleyhinə Qərbin dəstəyi ilə etiraz edən gürcü əhalisinin istəyinə nail olmaması dediklərimizin əyani sübutudur”.
Ekspert qeyd edib ki, Ermənistan isə ətəyindən yapışmağa arxa axtarır:
“Bunu Fransada tapıb, indi də digər ölkələrə yönəlir. Amma Ermənistan istəyinə çata bilməyəcək. Çünki, artıq hər bir ölkə, hər bir kəs Azərbaycanın qüdrəti ilə barışır, Azərbaycanı Cənubi Qafqazın supergücü hesab edir. Belə supergüclə də hər kəs, hər bir ölkə hesablaşmaq məcburiyyətindədir. Ona görə də belə görüşlərdən narahat olmağa dəyməz. ABŞ heç zaman Azərbaycanla münasibətləri pozmaz, Ermənistana da hərtərəfli hərbi yardım etməz. Sadəcə erməni rəsmiləri ilə Amerika hökumətində təmsil olunan təmsilçilər görüşməklə Birləşmiş Ştatların Qarabağ məsələsi ilə bağlı əldə olunacaq sülh sazişində tərəflərdən biri olduğunu bir daha xatırladır".
Xəbər lenti
Hamısına bax
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur