Paşinyanın referendum söhbəti: Bakıya mesaj göndərdi
Yusif Nəzərli
21:42 17.06.2024
Gündəm
484
"Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla ərazilərin mübadiləsinə dair razılaşma olarsa, Ermənistanda referendum keçirməlidir. Paşinyan sonrakı cümləsində birinci cümləsini inkar edən fikir söyləyib: “Biz düzgün başa düşməliyik - Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, biz sovet dövrünün sərhədlərini bərpa edirik”.
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Ekspert sual edərək bildirir ki, Sovet dövrünün sərhədlərini bərpa edirsənsə, referenduma nə ehtiyac var:
"Məgər vaxtilə Azərbaycana aid olan kəndlər referendum yolu ilə işğal edilmişdi ki, indi həmin kəndləri geri qaytarmaq üçün referendum keçirilsin? Paşinyan referendum söhbətini ortaya atmaqla sanki Bakıya belə bir mesaj göndərib ki, “4 kəndi geri qaytarsam da, o biri 4 kəndi qaytarmaq üçün təkbaşına qərar verə bilməyəcəm”. Paşinyan daha əvvəl isə demişdi ki, kommunikasiya xətlərinin açılması sülh sazişindən əvvəl həyata keçirilə bilər. Deyəsən Paşinyan Azərbaycanla bütün məsələləri, o cümlədən, sərhəd, kommunikasiya xətləri və sülh sazişini paralel həll etmək istəyir. Ancaq o bunu istəyərkən elə təkliflər verir ki, həlləri çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial