Marsdakı ağ daş: İndiyədək görünməmişdi

NASA-nın kəşfiyyat maşını “Perseverance” Marsda ağ rəngli daş aşkar edib. “Perseverance”  aşkarladığı ağ daşı görüntüyə alıb. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, bu ağ daşın haradan, necə Marsa düşdüyü bəlli deyil. İndiyədək belə bir rəngdə daş və ya qaya parçası Marsda görünməyib. NASA alimləri ehtimal edir ki, bu ağ daş Mars planetinin qədim keçmişinə aiddir. Və onun tədqiq olunmasıyla Mars haqqında daha çox məlumatlar əldə etmək mümkün olacaq. NASA-nın “Perseverance” kəşfiyyat maşını 2021-ci ildə Marsa enib. Bir neçə ildir Marsda axtarışlar edən aparat Jezero kraterində 45 santimetr ölçüdə, 35 santimetr hündürlükdə bu ağ daşı görüntüləyib. Alimləri düşündürən bu ağ daş parçasının necə Marsa “gəlib çıxmasıdır”. Çünki indiyədək “Qırmızı planet”də belə bir daş və ya qaya parçası tapılmayıb, görüntülənməyib. Alimlər ehtimal edir ki, bu daş parçası ya qədim bir çay vasitəsilə planetin bir hissəsindən digər hissəsinə daşınıb, ya da Marsda planetin alt təbəqələrində olub, amma eroziya nəticəsində üst qata çıxıb. Alimlər ağ daşı tədqiq etməyə həvəslidirlər və onun Marsa aid daha çox bilgi verəcəyinə əmindirlər.