Pezeşkianın Təbrizdə seçki mitinqi keçirməsinə izn verilmədi

Prezidentliyə namizəd Məsud Pezeşkianın iyunun 26-da Təbrizin “Bağşimal” (“Təxti”) stadionunda seçicilərlə görüşünə icazə verilməyib.

Axar.az xəbər verir ki, bu barədə onun seçki qərargahı məlumat yayıb.

Məlumata görə, Təbriz fərmandarlığı və əyalət rəhbərliyi seçki mitinqinin keçirilməsinə razı olmayıb.

“Bundan əvvəl bütün qanuni prosedurlara riayət olunaraq əlaqədar dövlət qurumlarına seçki mitinqi ilə bağlı məktub yazılıb, bununla bağlı problem olmadığı bildirilsə də, sonradan icazə verilməyib”, - məlumatda bildirilib.

Qeyd edək ki, iyunun 26-da Məsud Pezeşkian seçki təbliğatı kampaniyası çərçivəsində Təbrizə gələcək.