Zelenskinin xanımına süni intellektin köməyi ilə tələ qurublar

4.5 milyon avroya avtomobil alıb?

  Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenskaya böhtanla üzləşib. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “deepfake” istifadəçiləri bu dəfə Ukraynanın birinci xanımını hədəf alıb. Sosial mediada belə bir xəbər yayılıb ki guya Olena Zelenskaya ABŞ tərəfindən Ukraynaya maddi yardım olaraq göndərilən vəsaitdən istifadə edərək özünə 4.5 milyon avro dəyərində avtomobil alıb. Məlumatı verən şəxs bu haqda danışdığı videonu sosial mediada paylaşıb. Avtomobilin alınma sənədi də sosial mediada paylaşılıb. İddianı irəli sürənsə hazırda Moskvada yaşayan amerikalı sabiq polis işçisidir. Araşdırma zamanı məlum olub ki, bu məlumat şantaj xarakteri daşıyır və süni intellekt vasitəsilə quraşdırılaraq ictimaiyyətə ötürülüb.  Süni intellekt vasitəsilə düzəldilən məlumatda avtomobilin alınma sənədi də ilk baxışda saxta təsiri bağışlamır. Lakin Ukrayna Dövlət Təhlükəsizliyi Xidməti sənədin saxta olduğunu və süni intellekt vasitəsilə düzəldildiyini üzə çıxarıb. Məlumatı yayan şəxs avtomobilin Ukrayna Prezidenti V.Zelenskinin həyat yoldaşıyla birlikdə Fransaya səfəri zamanı alındığını  bildirib. Ukraynanın təhlükəsizlik orqanları isə bu məlumatın “deep fake” texnologiyası ilə ərsəyə gəldiyini və bu iyrənc şayiələrin arxasında Moskvanın dayandığına əmindir. BBC-nin araşdırmasına görə, Ukraynanın birinci xanımını hədəf alan böhtanın qaynağı John Mark Dougandır. Dougan hazırda Moskvada yaşayan amerikalı sabiq polis əməkdaşıdır. 2000-ci illərdə Florida ştatında polisdə işləyən Dougan daha sonra internet səhifəsi açıb. Və internet üzərindən böhtan, şantaj xarakterli məlumatlar yaymaqla məşğul olub. 2016-cı ildə FSB evinə basqın edib, bundan sonra o, Rusiyaya qaçıb. 51 yaşlı Douganın hazırda istifadəsində 160-dan artıq internet səhifəsi var. O, saxta məlumatların yayılmasında süni intellekt imkanlarından geniş istifadə edir.