Qəzzadakı müharibənin qurbanları: "Minlərlə fələstinli itkin düşüb"

Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatına görə, 7 oktyabr 2023-cü ildə hücumlar başlayandan bəri Qəzzada 6400 fələstinli itkin düşüb. 

Sherg.az xəbər verir ki, İtkin düşənlərin çoxunun dağıntılar altında qaldığı, naməlum şəkildə basdırıldığı və ya İsrailin nəzarətində saxlanıldığı düşünülür. Doqquz ay davam edən müharibə zamanı 2300-ə yaxın iş açılıb, yəni ailələr yaxınlarını diri və ya ölü tapıblar. Qəzza Səhiyyə Nazirliyi təxmin edir ki, faktiki itki sayı daha çoxdur, ən azı 10 000 nəfər itkin düşüb.