Ermənistan sentyabrda Rusiyaya yeni səfir təyin edəcək

Hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan sentyabrda Ermənistanın Rusiyadakı səfiri təyin olunacaq.
"Report" xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti partiyadakı mənbəyə istinadən yazıb.
Məlumata görə, Rusiya tərəfi razılığını hələ may ayında təsdiqləyib, indi növbə Ermənistandadır: “İyulun 12-də parlamentin yaz sessiyasının növbədənkənar iclası Q.Arsenyan üçün sonuncu olub, çünki o, deputat mandatını tərk edəcək”.
Qeyd edək ki, Ermənistanın “Diplomatik xidmət haqqında” qanununa əsasən, səfir baş nazirin təklifi ilə ölkə prezidenti tərəfindən təyin edilir və geri çağırılır.