Respublikaçılar hesab edirlər ki, Trampa qarşı sui-qəsd onun qələbə şansını artırıb

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd onun qarşıdan gələn seçkilərdə qalib gəlmək şansını artırıb.

APA xəbər verir ki, bu fikri bir neçə respublikaçı konqresmen “Politico”ya şərhlərində bildirib.

Viskonsin ştatından olan respublikaçı nümayəndə Derrik Van Orden deyib: “Prezident Tramp bu hücumdan sağ çıxdı – o, sadəcə seçkilərdə qalib gəldi”.

“Politico” yazır ki, respublikaçıların hamısı Trampın qələbəsinə bu qədər inamı bölüşməsə də, bir çoxları sui-qəsdin onun dəstəyini gücləndirəcəyini proqnozlaşdırır.

Tennessi ştatının nümayəndəsi Tim Burçett "bu, hər şeydən çox əsas elektorata enerji verəcək" deyib.