WSJ: Trampın qətlində şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğular aşkar edilib

Trampın qətlində şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğular aşkar edilib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

İstintaqın işi ilə tanış olan mənbələrə görə, Tomas Metyu Kruksun idarə etdiyi avtomobil şənbə günü Pensilvaniya ştatının Butler şəhərində Trampın mitinqinin keçirildiyi ərazinin yaxınlığında park edilib.

Kruks bir neçə atəş açdıqdan sonra Gizli Xidmət agentləri tərəfindən öldürülüb. Bir güllə Trampın qulağına dəyib.

WSJ istintaqla tanış olan mənbələrə istinadən xəbər verir ki, Trampı vurmaq üçün istifadə edilən silah məhv edilmiş şübhəlinin atası tərəfindən qanuni alınıb.