
Güneyli soydaşımızın qanı töküldü -AÇIQLAMA
Güneyli soydaşımızın qanı töküldü -AÇIQLAMA
Yusif Sultanoğlu
03:56 16.07.2024
Hadisə
454
Əziz Əlibəyli: “Mən bu hadisəni "Azərbaycanın Zəngəzur dəhlizinin reallaşması uğrunda verdiyi ilk şəhid" kimi dəyərləndirirəm”
İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib. İnsident milli zəmində baş verib. İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib. Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər. Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər. Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib. Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib. Baş verən insident isə bir daha göstərir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində Ermənistan tərəfinə güvənməməkdə nə qədər haqlıdır. Ermənistan tərəfi son hadisə ilə nə qədər etibarsız tərəf olduğunu bir daha ortaya qoydu. İran vətəndaşı olan sürücü məhz milli mənsubiyyətinə - azərbaycanlı olduğuna görə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.
Politoloq Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, "Nurduz" sərhəd-keçid məntəqəsi açılacaq Zəngəzur dəhlizinin üzərində yerləşir:

"Media bu xəbəri belə yaydı ki, "Zəngəzur dəhlizində azərbaycanlı sürücü döyülərək öldürüldü". Onun Güney azərbaycanlı olduğu deyilir. Mən bu hadisəni, daha doğrusu, xəbəri "Azərbaycanın Zəngəzur dəhlizinin reallaşması uğrunda verdiyi ilk şəhid" kimi dəyərləndirirəm. Güneyli soydaşımızın qanının töküldüyü coğrafi məkan bizim bundan sonrakı siyasətimizin və siyasi düşüncələrimizin diktə etdiyi nöqtəyə çevriləcək. Məsələ ondadır ki, biz Ermənistanla münasibətlərdə bütövlükdə hər şeyi tökülən qanımız hesabına əldə etmişik. Amma Ermənistan bilməlidir ki, Azərbaycan böyük və qüdrətlidir. Unutmasınlar ki, güclü Azərbaycan Ermənistanı öz qanında boğmağa qadirdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə