Əli Əsgər Türkiyədən deport oluna bilər

13 ildir Türkiyədə yaşayan Güney azərbaycanlı yazıçı və tədqiqatçı Əli Əsgər Həqdar İrana geri qaytarıla bilər.

Axar.az xəbər verir ki, bu barədə insan haqları fəalları xəbərdarlıq edib.

Bildirilib ki, tədqiqatşı 13 iyunda İstanbul şəhərində saxlanılaraq “Arnavut köy” qaçqın düşərgəsinə aparılıb.

Məhkəmə Əli Əsgər Həqdarın yaxınları, vəkili və insan haqları fəallarının onun zaminə buraxılması ilə bağlı müraciətlərini rədd edib. Ankarada yerləşən Xəzər Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edən Əli Əsgər Həqdar mədəni fəaliyyətlərinə görə 2013-cü ildə Türkiyədə “Helman Hammet” söz azadlığı və insan haqları mükafatını alıb.

Məşrutə Hərəkatı, Güney Azərbaycanda milli kimlik, ictimai və tarixi məsələlərlə bağlı bir neçə kitabı müəllifidir.

Onun “İran türklərinin kimliyinin intibahı” əsəri Türkiyədə iki dəfə nəşr olunub.