Avstriyanın paytaxtı Vienna şəhərində keçirilən “Avroviziya-2026” mahnı müsabiqəsinin qalibi 516 xalla Bolqarıstan olub. Bolqarıstanı təmsil edən məşhur müğənni Dara “Bangaranga” mahnısı ilə birinci yerə layiq görülüb.
Sherg.az xəbər verir ki, İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü yeri tutub.
Yarışma İsrailin iştirakına görə etiraz və boykotlarla yadda qalıb. İspaniya, Sloveniya, İrlandiya, İslandiya və Hollandiya müsabiqədən geri çəkilib. Final zamanı İsrail təmsilçisi Noam Bettan tamaşaçılar tərəfindən etirazlarla qarşılanıb.