AFC Çempionlar Liqası-2 turnirinin finalında Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu Yaponiyanın "Qamba Osaka" komandasına 0:1 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, qarşılaşma Ər-Riyadda yerləşən "Kingdom Arena" stadionunda keçirilib.
Matçda yeganə qolu 30-cu dəqiqədə Türkiyə millisinin hücumçusu Deniz Hümmet vurub.
Kriştiano Ronaldu bütün matçı meydanda olsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.
Futbolçu məğlubiyyətdən sonra Asiya Çempionlar Liqasının mükafatlandırma mərasiminə qatılmayıb.