İraq və Suriyada 15 terrorçu zərərsizləşdirilib

İraq və Suriyanın şimal bölgələrində terror əməliyyatları davam edir. 

Sherg.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi son əməliyyatlarda 15 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Açıqlamaya görə; İraqın şimalında Qəndil, Asos, Qara və Hakurk bölgələrində aşkarlanan PKK terrorçularına qarşı əməliyyat keçirilib. Əməliyyatda 11 PKK terrorçusu zərərsizləşdirilib.

Suriyanın şimalında Fərat Qalxanı bölgəsində müəyyən edilən terrorçulara qarşı əməliyyat keçirilib. Bu əməliyyatda 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.