Narahatıq, Tiflis AB-dən daha da uzaqlaşır - Borrell

AB-yə üzv ölkələr Gürcüstan hakimiyyətinin kursundan son dərəcə narahatdır və bu, ölkəni quruma üzvlükdən uzaqlaşdırır.

Axar.az xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell Brüsseldə XİN başçılarının qeyri-rəsmi görüşündə deyib.

Onun sözlərinə görə, nazirlər müzakirələr zamanı Gürcüstandakı vəziyyətə toxunublar.

“Biz bu ölkənin kursu ilə bağlı son dərəcə və getdikcə daha çox narahat oluruq. Gürcüstan AB-dən daha da uzaqlaşır”, - Borrell bildirib.