ABŞ hərbçiləri iranlı dənizçiləri xilas etdilər

ABŞ-ın "Teodor Ruzvelt" təyyarədaşıyan gəmisindəki hərbçilər beynəlxalq sularda çətin şəraitdə qalan iki iranlı mülki dənizçini xilas ediblər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının qərargahı (CENTKOM) məlumat yayıb.

CENTKOM iki iranlı dənizçinin xilas edildiyi yer və onların həyatlarının təhlükəyə düşmə səbəbini açıqlamasa da, xilasetmə əməliyyatının bir qayıq və helikopterlə həyata keçirildiyini bildirib.

Qeyd edək ki, “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi hazırda Oman dənizindədir.