İran Yaxın Şərqdəki davranışını düzəltməlidir – Mişel

Avropa ilə İran arasında münasibətlərin səviyyəsi çox zəifləyib və onun Yaxın Şərqdəki proksi qüvvələri gərginliyin artmasına təkan verməməlidirlər.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel “Əl-Ərəbiyyə” kanalına müsahibəsində deyib.
O, İranın İsrailə qarşı təhdidlərinə toxunaraq vurğulayıb ki, İran Yaxın Şərqdə davranışını düzəltməlidir.