“SpaceX” şirkətinin sahibi İlon Mask Starlink peyk internet xidməti çərçivəsində bütün dünyaya pulsuz xidmət göstərəcəklərini açıqlayıb.
Referans.az xəbər verir ki, bu barədə iş adamı “X” səhifəsində yazıb.
Xatırladaq ki, hazırda “SpaceX”in peyk internet xidməti olan Starlink dünyanın 102-dən çox ölkəsini internetlə təmin edir. Lakin bu xidmətin təqdim etdiyi imkanlar bununla məhdudlaşmayacaq.
Mask “Starlink”in fövqəladə hallar üçün əhəmiyyətli bir addım atdığını deyib.
Onun sözlərinə görə, Starlink interneti sayəsində fövqəladə vəziyyətlə qarşılaşan insanlar telefonlarından istifadə edərək təcili yardım xidmətləri ilə pulsuz əlaqə saxlaya biləcəklər. Lakin bu funksiyadan istifadə etmək üçün hökumətin icazəsi tələb olunur.
Starlink bu mühüm xidməti göstərmək üçün ABŞ-nin aparıcı telekommunikasiya operatorlarından biri olan T-Mobile ilə əməkdaşlıq edir.