Kreml: Durovla nə danışıqlar olub, nə də razılaşma var

“Telegram”ın qurucusu Pavel Durovun Kremllə nə danışıqları olub, nə də razılaşması var.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Prezident Vladimir Putin heç vaxt “Telegram”ın təsisçisi ilə görüşməyib.
Qeyd edək ki, Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olarkən Bakıda Durovla görüşdüyünə dair məlumatlar yayılmışdı. Durovun avqustun 24-də Parisdə həbs olunmasından sonra Kreml Bakıda Putinin onunla görüşmədiyini açıqlamışdı.