ABŞ Ermənistana ictimai təhlükəsizlik məsələsində dəstək verəcək

ABŞ Ermənistana ictimai təhlükəsizliyin təminatı məsələsinə dəstək göstərəcək.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə ABŞ-n Ermənistandakı səfirliyinin bəyanatında bildirilir.
Qeyd edək ki, iyul ayında rəsmi Vaşinqton adı çəkilən ölkədə Polisin Patrul Xidmətinin formalaşdırılmasına 16 milyon dollar vəsait ayırdığı açıqlanmışdı.