ÜST Baş direktoru: Bu il Konqoda meymunçiçəyinə 18 mindən çox yoluxma olub, 629 nəfər ölüb

Bu il Konqo Demokratik Respublikasında meymunçiçəyinə 18 mindən çox yoluxma hadisəsi qeydə alınıb və yoluxanlardan 629-u ölüb.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus qlobal sağlamlıq problemlərinə dair brifinqdə bildirib.
O qeyd edib ki, buraya yeni “clade 1b ştammı”nın yayıldığı Şimali və Cənubi Kivu əyalətlərindən 5000-dən çox yoluxma halları və 31 ölüm daxildir: “Bundan əlavə, Burundidə 258, Ruandada 4, Uqandada 4, Keniyada 2, İsveç və Taylandın hər birində “clade 1b mpox”a yoluxma halları təsdiqlənib.