DİN-dən açıqlama: bu məsələyə baxıldı

Paytaxtın Nəsimi rayonunda Memar Əcəmi metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
"Sherg.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib.
O qeyd edib ki, həmin ərazidə mövcud olan sanitar-epidiemoloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib.
"Buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb", - deyə məlumatda qeyd edilib.