Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb

Cəlilabadda baş verən yol qəzasında xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonun mərkəzindən keçən hissəsində qeydə alınıb.

"Toyota" markalı avtomobil "Opel" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar rayon mərkəzi xəstəxanasına aparılıblar. Qəzalı avtomobillər, yolun açılması üçün təcili olaraq hadisə yerindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.