Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb

Avropa ittifaqının (Aİ) daha güclü Avropa müdafiə sütununa ehtiyacı var, eyni zamanda NATO Avropanın kollektiv müdafiəsinin mərkəzi olaraq qalmalıdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Praqada keçirilən GLOBSEC Forum beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib.
"Üzv dövlətlər Ukraynada münaqişə başlayandan bəri müdafiə xərclərini 200 milyard avrodan 300 milyard avroya qədər artırıb”, - AK rəhbəri bildirib.
Onun sözlərinə görə, Avropanın müdafiə sənayesi yeni reallığa doğru addımlayıb.
"Məqsədimiz qitə miqyasında müdafiə istehsalının təşkilindən ibarət olmalıdır", - Ursula fon der Lyayen qeyd edib.