Bakıda 2 yaşlı uşaq faciəvi şəkildə öldü

Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

Bakupost.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.

09.04.2022-ci il təvəllüdlü Rövşən Həzi oğlu Süleymanov yaşadıqları mənzilin 3-cü mərtəbəsindən yıxılıb.

Onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsalar da, xəstəxanada dünyasını dəyişib.