FETÖ-də güc mübarizəsi! “Yataqda çox vaxt keçirdim, bir az da onlar yatsınlar”

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Ebuseleme Gülənin video paylaşımında yaydığı etiraflar təşkilatdakı hakimiyyət mübarizələrini bir daha ortaya qoyub.

Sherg.az xəbər verir ki, səhhətindəki problemlərə görə təşkilatı idarə edə bilməyən təşkilatın lideri Fətullah Gülənin qardaşı oğlu Ebuseleme Gülən Youtube kanalında video paylaşıb. Kanalda yayımlanan “Delice Muhabbet” adlı son videodakı ifadələr Fətullah Gülənin və onun yüksək səviyyəli rəhbərliyinin insanların dini hisslərini pul üçün istifadə etdiyini, təşkilata üzv olan izləyicilərin gələcəyinin düşünülmədiyini ortaya çıxarıb.

Ebuseleme Gülən təşkilatı çaş-baş salan bu videoda ona ən yaxın olanları tənqid edib, 15 iyul uğursuz çevriliş cəhdindən sonra həbsdə olanlarla bağlı əmisi Fətullah Gülənin sözlərini də paylaşıb. Ebuseleme Gülen bildirib ki, 15 iyuldan 2 il sonra təşkilatın lideri Fətullah Gülənə bayram səfəri zamanı “Əfəndim, Türkiyədə sizi sevən insanlar həbsdədir, yenə kədərli bir bayram keçiririk” deyilib. Bunun müqabilində hirsli üz ifadəsi ilə “Yataqda çox vaxt keçirdim, bir az da onlar yatsınlar” cavabını aldıqlarını söyləyib. Ebuseleme Gülənin video paylaşımı Fətullah Gülənin təşkilata qatılanların emosiyalarından öz maraqları üçün istifadə etdiyini bir daha ortaya qoyub.

Digər tərəfdən, FETÖ-nün Almaniyada fəaliyyət göstərən 'Time to Help eV' adlı xeyriyyə təşkilatının aktivlərinin dondurulması qərarı 31 avqust 2024-cü il tarixli rəsmi qəzetdə dərc olunub. FETÖ-yə böyük iqtisadi zərbə vuran bu qərarla təşkilat maliyyə çuxuruna düşüb. 'Yardım' adı ilə topladıqları pulların kəsilməsindən narahat olan FETÖ-nün 'Time to Help eV'nin mal varlıqlarının dondurulması qərarını təşkilat üzvlərindən gizlətdiyi və təşkilatın maliyyə resurslarının zəifləməsi səbəbindən çıxılmaz vəziyyətə düşdüyü bildirilir.