Amerika əsgərləri İraqdan geri çəkilir - RƏSMİ

İraqın müdafiə naziri Sabit Abbasi Amerika əsgərlərinin iki il ərzində İraqdan çıxarılması üçün Vaşinqtonla razılaşdıqlarını bildirib.

Sherg.az xəbər verir ki, Abbasi, "Əl-Ərəbiyyə Əl-Hədas" televiziya kanalına verdiyi müsahibədə deyib: "ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasını iki mərhələdə bitirmək üçün razılıq əldə edildi. İlk geri çəkilmə mərhələsi bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. İkinci geri çəkilmə mərhələsi 2026-cı ildə başa çatacaq”.

Abbasi həmçinin qeyd edib ki, ABŞ Müdafiə Naziri Lloyd Austin iki illik müddətin geri çəkilmək üçün kifayət etmədiyini və bir il əlavə edilməsini istəyib, lakin Bağdad bu müddəti iki ildən çox uzatmaqdan imtina edib.

Abbasi əlavə edib ki, Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq.