3 ildən sonra buzlar əridi! Kral ailəsi Şahzadə Harrini unutmadı

2020-ci ildə İngiltərədəki krallıq vəzifələrini tərk edərək ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl kral ailəsindən ayrılsalar da daimi gündəmdədirlər.

Sherg.az xəbər verir ki, Kral Çarlz və Şahzadə Diananın kiçik oğlu Şahzadə Harrinin bu gün 40 yaşı tamam olur. Kral ailəsinin rəsmi sosial media hesabından bu paylaşım trend mövzusuna çevrilib.

Şahzadə Harrinin kral ailəsindən ayrıldığı gündən ailəsi ilə aralarının yaxşı olmadığı məlum idi.

2021-ci ildən bəri ilk dəfə olaraq Şahzadənin doğum günü kral ailəsinin rəsmi sosial media hesabında xüsusi paylaşımla qeyd edilib.

Yazıda qeyd var idi: "Sasseks hersoqunun bu gün 40 yaşını təbrik edirik."

Eyni yazı Şahzadə Uilyam və Şahzadə Keytin rəsmi sosial media hesablarında da yer alıb.

Harrinin doğum gününü Meqan və iki övladı Şahzadə Arçi və Şahzadə Lilibet ilə Kaliforniyadakı evində qeyd edəcəyi və daha sonra yaxın dostları ilə görüşməyə yola düşəcəyi bildirilib.