Bu ölkədən Ukraynaya 40 milyonluq hərbi yardım

Latviya Ukraynaya 40 milyon avroluq yeni hərbi yardım paketi elan edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Yardım paketinə 9 CVR(T) zirehli döyüş maşını, PUA-lar, əsgərlər və istehkamçılar üçün fərdi avadanlıqlar daxil olacaq.