NATO-nun baş katibi Ukraynada sülhün əsas şərtini açıqladı

"Rəsmi Kiyev NATO-ya üzv olana qədər uzunmüddətli perspektivdə Ukraynada sülh olmayacaq".

Oxu.Az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq həftəlik "Foreign Policy" jurnalına onlayn müsahibəsində bildirib.

"Ukrayna NATO-nun bir hissəsi olmadan uzunmüddətli perspektivdə Ukraynada sülh ola bilməz" , - o qeyd edib.