Göygöldə iki nəfər mübahisə zəminində bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Mübahisə zəminində bıçaq xəsarətləri alan, 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucov və onun qohumu, 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.