Ağdamda 18 yaşlı oğlan həmyaşıdını bıçaqladı

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Baharlı kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı Nüsrət Vəliyev münaqişə zəminində həmyaşıdı olan həmkəndlisi Çingiz İsmayılovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən N.Vəliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.