İsrail-İran müharibəsi... - MKİ-dən şok anons

Yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin daha da regional gərginləşməsi riski var.
Axar.az xəbər verir ki, bunu MKİ direktoru Uilyam Börns deyib.

“İsrail və İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir. Biz ciddi nəticələrə səbəb ola biləcək qəsdən toqquşmaların və anlaşılmazlıqların potensialını görürük”, - Börns bildirib.

Onun sözlərinə görə, İsrailin İranın raket hücumuna necə cavab verəcəyi ilə bağlı qərarı qlobal bazarlar da daxil olmaqla, mühüm nəticələrə səbəb olacaq.